Maryam

سورة مريم

Surə 19 · Məkki · 98 ayə

19:1Cüz 16 · s. 305

كهيعص1

1. Kəf. Hə. Yə. Ayn. Sad.
19:2Cüz 16 · s. 305

ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا2

2. Bu sənin Rəbbinin Öz qu­lu Zəkə­riy­yaya göstərdiyi mər­hə­mə­ti­nin yada sa­lınma­sıdır.
19:3Cüz 16 · s. 305

إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا3

3. Bir zaman Zəkəriyya Rəb­­binə giz­li­cə dua edib
19:4Cüz 16 · s. 305

قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا4

4. demişdi: “Ey Rəbbim! Ar­tıq sü­mük­lərim zəifləmiş, ba­şım da ağappaq ağar­mışdır. Ey Rəb­bim! Sənə etdiyim dua sa­yə­sin­də heç vaxt bəd­bəxt ol­mamı­şam.
19:5Cüz 16 · s. 305

وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا5

5. Mən özümdən sonra gə­lən qo­hum­larımdan bəzisinin dinə etina­sız ya­na­­şa­caqlarından qorxu­ram. Zöv­cəm də sonsuzdur. Mə­nə Öz tə­rə­fin­dən elə bir övlad bəxş et ki,
19:6Cüz 16 · s. 305

يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا6

6. o həm mənə, həm də Ya­qub nəs­linə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin ra­zı­lığını qazan­mış olsun!”
19:7Cüz 16 · s. 305

يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا7

7. Ona belə vəhy olundu: “Ey Zə­kəriy­ya! Səni Yəhya adlı bir oğul­la müjdə­lə­yirik. Biz bu adı on­dan öncə kimsəyə qoy­ma­mı­şıq!”
19:8Cüz 16 · s. 305

قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا8

8. O dedi: “Ey Rəbbim! Zöv­cəm son­suz bir qadın ikən, özüm də qocalığın son həd­din­də ol­du­ğum halda necə mə­nim övla­dım ola bilər?”
19:9Cüz 16 · s. 305

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا9

9. Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”»
19:10Cüz 16 · s. 305

قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا10

10. O dedi: “Ey Rəbbim! Mə­nim üçün bir əlamət müəy­yən et”. Allah bu­yur­du: “Əla­mətin budur ki, sən sağlam ikən üç gecə adam­­lar­la danış­maya­caq­san!”
19:11Cüz 16 · s. 305

فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا11

11. O, mehrabdan öz qöv­münün qar­şısına çıxıb onlara işarə ilə ba­şa saldı ki: “Səhər-axşam Allaha təriflər deyin!”
19:12Cüz 16 · s. 306

يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا12

12. Yəhyaya da: “Ey Yəhya! Kitabdan möhkəm yapış!”– de­yə vəhy etdik. Biz ona uşaq ikən hik­mət bəxş etdik.
19:13Cüz 16 · s. 306

وَحَنَانًا مِنْ لَدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا13

13. Üstəlik Öz tərəfimizdən bir şəf­qət və paklıq da bəxş et­dik. O, müttəqi idi.
19:14Cüz 16 · s. 306

وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا14

14. Həm də ata-anasına qar­şı qayğı­keş idi; lovğa və asi de­yildi.
19:15Cüz 16 · s. 306

وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا15

15. Doğulduğu gün də, ölə­cəyi gün də, yenidən dirildilə­cəyi gün də ona sa­lam olsun!
19:16Cüz 16 · s. 306

وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا16

16. Kitabda Məryəmi də ya­da sal. O zaman o, ailəsindən ayrılıb şərq tərəfdə olan bir ye­rə çəkilmiş
19:17Cüz 16 · s. 306

فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا17

17. və ibadət vaxtı onlardan gizlənmək üçün pərdə tutmuş­du. Biz Öz Ruhu­muz Cəb­raili onun yanına göndərdik. O, Mər­yəmin qar­şı­sın­da kamil bir in­san su­rətində peyda oldu.
19:18Cüz 16 · s. 306

قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَٰنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا18

18. Məryəm dedi: “Mən sən­dən Mər­həmətli Allaha sığını­ram! Əgər müttə­qisən­sə, mənə to­xunma”.
19:19Cüz 16 · s. 306

قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا19

19. Mələk dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş et­mək üçün Rəbbinin el­çi­siyəm”.
19:20Cüz 16 · s. 306

قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا20

20. Məryəm dedi: “Mənə bir insan to­xunmadığı və özüm də zi­na­kar olma­dı­ğım halda, necə mənim övladım ola bi­lər?”
19:21Cüz 16 · s. 306

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا ۚ وَكَانَ أَمْرًا مَقْضِيًّا21

21. Mələk dedi: «Bu belədir, la­kin Rəbbin buyurdu: “Bu, Mə­nim üçün asandır. Biz onu in­sanlar üçün bir mö­cüzə və Öz tə­rə­fi­miz­dən bir mərhəmət edə­cəyik. Bu, hökmü verilmiş bir iş­dir”».
19:22Cüz 16 · s. 306

۞ فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا22

22. Məryəm uşağa qaldı və bət­nin­də­ki ilə birlikdə gedib uzaq bir yerə çə­kil­di.
19:23Cüz 16 · s. 306

فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا23

23. Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söy­kən­mə­yə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləy­dim və birdə­fə­lik unudul­aydım!”
19:24Cüz 16 · s. 306

فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا24

24. Məryəmin aşağı tərəfin­dən (İsa və ya Cəbrail) onu səs­ləyib de­di: “Qəm ye­mə, Rəb­bin sənin ayağının altından bir bu­laq axıtdı.
19:25Cüz 16 · s. 306

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا25

25. Xurma ağacının gövdə­sini özünə tərəf silkələ ki, üs­tü­nə ye­tiş­miş, təzə xurma tökül­sün.
19:26Cüz 16 · s. 307

فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا26

26. Ye, iç, gözün aydın ol­sun! Əgər insanlardan kimisə gör­sən, de: “Mən Mərhəmətli Alla­ha oruc tut­mağı nəzir etmi­şəm. Odur ki, bu gün heç kimlə da­nış­maya­cağam”».
19:27Cüz 16 · s. 307

فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا27

27. Məryəm körpəni quca­ğı­na alıb öz tayfasının yanına gə­tirdi. On­lar dedi­lər: “Ey Mər­yəm! Sən yaramaz (və ya gö­rünməmiş) bir iş tutdun.
19:28Cüz 16 · s. 307

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا28

28. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di”.
19:29Cüz 16 · s. 307

فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا29

29. Məryəm uşağı göstərdi. On­lar de­dilər: “Beşikdə olan körpə ilə necə da­nışaq?”
19:30Cüz 16 · s. 307

قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا30

30. Körpə dil açıb dedi: “Hə­qi­qətən də, mən Allahın qulu­yam! O mə­nə Kitab verdi və məni pey­ğəmbər etdi.
19:31Cüz 16 · s. 307

وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا31

31. Harada oluramsa olum, məni mü­barək etdi və nə qə­dər ki sa­ğam, mə­nə namaz qılıb zəkat verməyi əmr etdi.
19:32Cüz 16 · s. 307

وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا32

32. Həm də məni anama qar­şı qay­ğı­keş etdi; məni lovğa və bəd­bəxt etmədi.
19:33Cüz 16 · s. 307

وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا33

33. Doğulduğum gün də, ölə­cəyim gün də, yenidən diril­di­lə­cə­yim gün də mənə salam ol­sun!”
19:34Cüz 16 · s. 307

ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ34

34. Barəsində şübhəyə düş­dük­ləri haqq söz olan Məryəm oğlu İsa budur!
19:35Cüz 16 · s. 307

مَا كَانَ لِلَّهِ أَنْ يَتَّخِذَ مِنْ وَلَدٍ ۖ سُبْحَانَهُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ35

35. Allaha övlad götürmək ya­raş­maz. O, pak və müqəd­dəsdir! O, bir işin olmasını is­tə­dikdə ona ancaq “Ol!”– de­yər, o da dərhal olar.
19:36Cüz 16 · s. 307

وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ36

36. İsa dedi: “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də si­zin Rəb­bi­niz­dir. Elə isə yal­nız Ona ibadət edin! Düz yol da bu­dur”.
19:37Cüz 16 · s. 307

فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ مَشْهَدِ يَوْمٍ عَظِيمٍ37

37. Sonra firqələrin ara­sın­da ziddiy­yət düşdü. Böyük gü­nü gö­rə­cək kafir­lərin vay ha­lı­na!
19:38Cüz 16 · s. 307

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُبِينٍ38

38. Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər.
19:39Cüz 16 · s. 308

وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ39

39. Sən onları işin bitmiş ola­cağı peş­mançılıq günü ilə qor­xut! İn­di onlar hə­lə qəflətdə­dirlər və iman gətir­mirlər.
19:40Cüz 16 · s. 308

إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ40

40. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sa­hib çı­xacağıq. On­ların qayı­dışı Bizə olacaqdır.
19:41Cüz 16 · s. 308

وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا41

41. Kitabda İbrahimi də xa­tırla! Hə­qiqətən, o, sadiq insan və pey­ğəmbər idi.
19:42Cüz 16 · s. 308

إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا42

42. Bir zaman o, atasına de­mişdi: “Atacan! Nə üçün eşit­məyən, gör­mə­yən və sənə heç bir faydası olmayan bir şeyə si­tayiş edir­sən?
19:43Cüz 16 · s. 308

يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا43

43. Atacan! Həqiqətən, sənə gəl­mə­yən bir elm mənə gəl­miş­dir. Ar­xamca gəl ki, səni doğ­ru yola yönəldim.
19:44Cüz 16 · s. 308

يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا44

44. Atacan! Şeytana ibadət etmə! Hə­qiqətən, şeytan Mər­həmətli Allaha çox asi ol­du.
19:45Cüz 16 · s. 308

يَا أَبَتِ إِنِّي أَخَافُ أَنْ يَمَسَّكَ عَذَابٌ مِنَ الرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا45

45. Atacan! Qorxuram ki, Mərhə­mət­li Allahdan sənə bir əzab to­xun­sun və be­ləcə, şey­tana yoldaş olasan”.
19:46Cüz 16 · s. 308

قَالَ أَرَاغِبٌ أَنْتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِنْ لَمْ تَنْتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا46

46. Atası dedi: “Sən mənim məbud­larımdan üzmü çevi­rir­sən, ey İbrahim?! Əgər buna son qoyma­san, səni mütləq daşqa­laq edə­cə­­yəm. Uzun müddət mən­­dən uzaq ol!”
19:47Cüz 16 · s. 308

قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا47

47. İbrahim dedi: “Sənə sa­lam olsun! Mən Rəbbimdən sənin üçün bağış­lan­ma diləyə­cəyəm. Həqiqə­tən, O mənə qarşı çox lütf­kardır.
19:48Cüz 16 · s. 308

وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا48

48. Mən sizi və Allahdan başqa si­ta­yiş etdiyiniz bütləri tərk edir və öz Rəb­bimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua et­mək­lə heç vaxt bəd­bəxt olmayım”.
19:49Cüz 16 · s. 308

فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا49

49. İbrahim onları və onla­rın Allah­dan başqa yalvar­dıq­larını tərk etdiyi za­man Biz ona İshaqı və Yaqubu bəxş et­dik. Biz onların hər ikisini pey­ğəm­bər et­dik.
19:50Cüz 16 · s. 308

وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا50

50. Biz onlara öz mərhəmə­ti­mizdən əta etdik və gələcək nə­sil­lər hə­mişə yada salsın deyə on­lara yaxşı ad qismət elədik.
19:51Cüz 16 · s. 308

وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَبِيًّا51

51. Kitabda Musanı da xa­tır­la! Həqi­qətən o, seçilmiş bir el­çi və peyğəmbər idi.
19:52Cüz 16 · s. 309

وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا52

52. Biz Musanı sağ tərə­fin­də­ki Tur da­ğının yaxınlığından ça­ğır­dıq və onunla danı­şıb onu özü­müzə yaxın etdik.
19:53Cüz 16 · s. 309

وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا53

53. Biz Öz mərhəmətimiz­dən ona qardaşı Harunu da bir pey­ğəm­bər ola­raq bəxş etdik.
19:54Cüz 16 · s. 309

وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا54

54. Kitabda İsmaili də xa­tır­la! Həqi­qətən, o öz vədinə sa­diq idi. O, bir elçi və pey­ğəm­bər idi.
19:55Cüz 16 · s. 309

وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا55

55. O öz ailəsinə namaz qıl­mağı, zə­kat verməyi əmr edir­di. O, Rəb­binin ri­zasını qazan­mışdı.
19:56Cüz 16 · s. 309

وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا56

56. Kitabda İdrisi də xatırla! Həqi­qə­tən, o, düz danı­şan adam və bir pey­ğəmbər idi.
19:57Cüz 16 · s. 309

وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا57

57. Biz onu yüksək bir mə­qama ucaltdıq.
19:58Cüz 16 · s. 309

أُولَٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ مِنْ ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِنْ ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩58

58. Onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlərdən, Adə­min və Nuhla bir­likdə gə­midə da­şıdı­ğımız kimsələrin nəs­lin­dən, İbra­hi­min və İsrai­lin nəs­lin­dən seçib haqq yola yö­nəlt­diyimiz kim­sə­lər­dəndir. Onlar özlərinə Mərhəmətli Allahın ayə­ləri oxunduğu za­man səc­dəyə qapanıb ağla­yanlardır.
19:59Cüz 16 · s. 309

۞ فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا59

59. Onların arxasınca nama­zı bura­xıb şəhvətə uyan bir nə­sil gəl­­di. Onlar ziyana uğra­ya­caqlar.
19:60Cüz 16 · s. 309

إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا60

60. Ancaq Allaha tövbə edib iman gə­tirənlər və saleh əməllər edən­lərdən baş­qa! Onlar Cən­nətə daxil olacaq və heç bir haq­sız­lı­ğa məruz qalmaya­caq­lar.
19:61Cüz 16 · s. 309

جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا61

61. Bu Cənnət Mərhəmətli Allahın Öz qul­la­rına vəd etdiyi və on­la­rın gör­mədikləri Ədn cən­nətləridir. Onun vədi mütləq ye­rinə ye­tə­cək­dir.
19:62Cüz 16 · s. 309

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا62

62. Onlar orada boş sözlər deyil, an­caq: “Salam!” eşidə­cək­lər. Ora­da səhər-axşam on­la­rın ruzisi ola­caqdır.
19:63Cüz 16 · s. 309

تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِيًّا63

63. Qullarımızdan olan müt­tə­qilər üçün miras edəcəyimiz Cən­nət budur.
19:64Cüz 16 · s. 309

وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا64

64. Mələklər dedi: “Biz dün­ya­ya ancaq sənin Rəbbinin əmri ilə eni­rik. Önü­müz­də, arxa­mız­da və onların arasında nə var­sa, Ona məxsusdur. Rəb­bin unu­dan de­yildir”.
19:65Cüz 16 · s. 310

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا65

65. O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyır­san­mı?!
19:66Cüz 16 · s. 310

وَيَقُولُ الْإِنْسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا66

66. İnsan soruşar: “Doğru­dan­mı mən öldükdən sonra qə­­birdən diri çıxar­dıla­cağam?”
19:67Cüz 16 · s. 310

أَوَلَا يَذْكُرُ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ قَبْلُ وَلَمْ يَكُ شَيْئًا67

67. Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən ya­rat­dı­ğı­mı­zı xatırlamır­mı?
19:68Cüz 16 · s. 310

فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا68

68. Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı diz üstə çökmüş halda Cə­hən­nəmin ət­rafına yerləşdi­rə­cə­yik.
19:69Cüz 16 · s. 310

ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا69

69. Sonra hər firqədən Mər­həmətli Allaha ən çox asi olanı çı­xar­da­­cağıq.
19:70Cüz 16 · s. 310

ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا70

70. Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.
19:71Cüz 16 · s. 310

وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّا71

71. İçinizdən hər kəs oraya va­rid ola­caqdır. Bu, Rəbbinin əzəl­dən müəyyən et­diyi qəti bir qərardır.
19:72Cüz 16 · s. 310

ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا72

72. Sonra Biz müttəqiləri od­dan xilas edəcək, zalımları isə orada diz üstə çök­müş halda tərk edəcəyik.
19:73Cüz 16 · s. 310

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَقَامًا وَأَحْسَنُ نَدِيًّا73

73. Onlara açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə de­yərlər: “Bu iki firqədən hansının məqa­mı da­ha yaxşı, məc­lisi daha gö­zəl­dir?”
19:74Cüz 16 · s. 310

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا74

74. Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə on­lar­dan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.
19:75Cüz 16 · s. 310

قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا75

75. De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər”.
19:76Cüz 16 · s. 310

وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا76

76. Allah doğru yolda olan­ların doğ­ru­luğunu artırar. Əbə­di qa­lan yaxşı əməl­lər isə Rəb­bi­nin ya­nında savab ba­xı­mın­dan daha xe­yirli, aqibətcə da­ha yax­şıdır.
19:77Cüz 16 · s. 311

أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا77

77. Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad ve­ri­lə­cək­!”– deyən ada­mı gördünmü?
19:78Cüz 16 · s. 311

أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا78

78. Olmaya, o, qeybdən xə­bər­dardır, yoxsa Mərhəmətli Allah­dan vəd almış­dır?
19:79Cüz 16 · s. 311

كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا79

79. Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq.
19:80Cüz 16 · s. 311

وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا80

80. Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək­dir.
19:81Cüz 16 · s. 311

وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا81

81. Müşriklər Allahdan baş­qa məbud­lar qəbul etdilər ki, on­lara kö­mək ol­sunlar.
19:82Cüz 16 · s. 311

كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا82

82. Xeyr! Qiyamət günü o məbudlar onla­rın ibadətini inkar edə­cək və onların əleyhinə çı­xa­caq­lar.
19:83Cüz 16 · s. 311

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا83

83. Məgər kafirlərin üstünə on­ları günaha sövq edən şey­tanları gön­dər­di­yimizi gör­mür­sənmi?
19:84Cüz 16 · s. 311

فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا84

84. Odur ki, onlardan ötrü əzab dilə­məyə tələsmə. Biz on­la­rın gün­lə­rini bir-bir sayırıq.
19:85Cüz 16 · s. 311

يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا85

85. O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hör­mət­li nü­mayən­dələr kimi toplayarıq.
19:86Cüz 16 · s. 311

وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا86

86. Günahkarları isə Cəhən­nə­mə su­samış olduqları halda qo­vub apa­rarıq.
19:87Cüz 16 · s. 311

لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا87

87. Mərhəmətli Allahdan əhd almış kəslər­dən başqaları şə­fa­ət et­­məyə qadir ol­mazlar.
19:88Cüz 16 · s. 311

وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا88

88. Kafirlər: “Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!”– de­dilər.
19:89Cüz 16 · s. 311

لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا89

89. Siz olduqca pis bir iş tut­dunuz.
19:90Cüz 16 · s. 311

تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا90

90. Bundan az qaldı göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub uçsun –
19:91Cüz 16 · s. 311

أَنْ دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا91

91. Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görə.
19:92Cüz 16 · s. 311

وَمَا يَنْبَغِي لِلرَّحْمَٰنِ أَنْ يَتَّخِذَ وَلَدًا92

92. Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz.
19:93Cüz 16 · s. 311

إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا93

93. Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa an­caq bir qul ki­mi gə­ləcək.
19:94Cüz 16 · s. 311

لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا94

94. Allah onları hesablamış və bir-bir saymış­dır.
19:95Cüz 16 · s. 311

وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا95

95. Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək.
19:96Cüz 16 · s. 312

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا96

96. İman gətirib yaxşı işlər gö­rənlərə gəlincə, onlar üçün Mərhəmətli Allah qəlb­lərdə bir sev­gi ya­radacaq.
19:97Cüz 16 · s. 312

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا97

97. Biz Quranı sənin di­linlə asan­laş­dırdıq ki, onunla müt­tə­qi­lə­rə müjdə verəsən və inad­karlara xəbər­darlıq edəsən.
19:98Cüz 16 · s. 312

وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُمْ مِنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا98

98. Biz onlardan əvvəl neçə-neçə nə­sli məhv etdik. Heç on­lar­dan ki­min­sə mövcudlu­ğu­nu hiss edir və yaxud on­lar­dan bir hə­nir­ti eşidirsənmi?

Surənin əvvəlindən oxut

Muhammad Ayyub - Maryam · Tlawati