Surə 19 · Cüz 16

Maryam · 19:75

قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا

75. De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər”.

Təfsir

Ey Peyğəmbər! De ki: "Kim azğınlıq içində gəzib-dolaşırsa, Rəhman, onun azğınlığını artırana qədər ona möhlət ver­ər. Dünyada özlərinə vəd edilən əzabı və ya Qiyamətin dəhşətini öz gözləri ilə görüb, şahid olduqda isə onlar kimin mə­qa­mının daha pis, ki­min yardımçısının daha az olduğunu bi­lə­cəklər. Bu onların firqəsidirmi, yoxsa möminlərin firqəsi?"

Oxuyucuda aç - Surəni tam oxu