Surə 19 · Cüz 16

Maryam · 19:9

قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا

9. Mələk dedi: «Bu, belədir, la­kin Rəbbin buyurdu: “Bu Mə­nim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmiş­dim!”»

Təfsir

Mələk dedi: "Bəli, dediyin kimidir, həyat yoldaşın uşaq doğmayan son­suz bir qadın, özün də ömrünün son həd­din­ə çatıb, sümüklərin zəyifləyib, yaşa dolmuş bir insansan, la­kin Rəbbin belə buyurdu: "Uca Allah üçün Yəhyanı sonsuz bir anadan və ömrümün son həd­din­ə çatıb, qocalmış bir atadan xəlq etməsi asandır. Ey Zəkəriyya! Mən səni daha öncədən zikir edilən bir şey deyilkən yoxdan xəlq etmiş­dim!"

Oxuyucuda aç - Surəni tam oxu