Surə 19 · Cüz 16

Maryam · 19:28

يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا

28. Ey Harunun bacısı! Atan pis kişi, anan da pozğun de­yil­di”.

Təfsir

Ey ibadətində Haruna bənzəyən qadın! (Harun saleh bir insan idi). Sənin atan da, anan da zinakar deyildi. Sən özün də salehliyi ilə bilinən pak, təmiz bir ailədənsən. Axı sən, atasız bir oğlan uşağı necə dünyaya gətirə bilərsən?!

Oxuyucuda aç - Surəni tam oxu