Surə 19 · Cüz 16
Maryam · 19:42
إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا
42. Bir zaman o, atasına demişdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən?
Təfsir
Bir zaman İbrahim, atası Azərə belə demişdi: "Atacan! Nə üçün Allahı qoyub, dua etdikdə duanı eşitməyən, ibadət etdikdə, ibadətini görməyən, sənə heç bir zərər və ya fayda verə bilməyən bütlərə ibadət edirsən?!