Surə 19 · Cüz 16
Maryam · 19:67
أَوَلَا يَذْكُرُ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ قَبْلُ وَلَمْ يَكُ شَيْئًا
67. Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən yaratdığımızı xatırlamırmı?
Təfsir
Məgər öldükdən sonra yenidən dirilməyi inkar edən o kafir insan, o heç bir şey deyilkən onu yoxdan xəlq etdiyimizi düşünmürmü?! Uca Allah bu ayədə birinci yaradılışı, ikinci yaradılışa dəlil gətirdi. Yəni, sizi ilk dəfə yaratmağa qadir olan, ikinci dəfə də yaratmağa qadirdir. Çünki ikinci yaradılış birinci yaradılışdan daha asan və daha bəsitdir.