Surə 19 · Cüz 16
Maryam · 19:51
وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَبِيًّا
51. Kitabda Musanı da xatırla! Həqiqətən o, seçilmiş bir elçi və peyğəmbər idi.
Təfsir
Ey Peyğəmbər! Sənə nazil etdiyimiz Quranda Musanı - aleyhissəlam -xəbərini də xatırla! Həqiqətən o, seçilmiş bir qul və Allah tərəfindən göndərilən elçi və peyğəmbər idi.