Surə 19 · Cüz 16
Maryam · 19:7
يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا
7. Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”
Təfsir
Uca Allah onun duasına cavab verdi və ona: "Ey Zəkəriyya! Biz sənə, səni sevindirəcək bir xəbərlə müjdələyirik. Artıq Biz duanı qəbul etdik və sənə Yəhya adlı bir övlad verdik. Biz bu adı ondan öncə kimsəyə vermədik!" – deyə nida etdi.