Surə 19 · Cüz 16

Maryam · 19:38

أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُبِينٍ

38. Onlar Bizim hüzuru­mu­za gələ­cəkləri gün necə yaxşı eşidə­cək, necə də yaxşı görə­cək­lər! Lakin zalımlar bu gün açıq-aydın az­ğınlıq için­də­dirlər.

Təfsir

Qiyamət günü onlar elə yaxşı eşidə­cək, elə də yaxşı görə­cək­lər! Amma o zaman nə eşitməkləri, nə də ki, görməkləri onlara heç bir fayda verməyəcəkdir. Lakin zalımlar dünya həyatında haqq yoldan açıq-aydın azmışlar. Onlar günah işlər görməklə özlərinə zülm etməyə davam edib, Qiyamət saatı onlara anidə gələnə qədər axirət həyatına hazırlaşmazlar.

Oxuyucuda aç - Surəni tam oxu