Al-Hijr

سورة الحجر

Surə 15 · Məkki · 99 ayə

15:1Cüz 14 · s. 262

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُبِينٍ1

1. Əlif. Ləm. Ra. Bunlar Ki­ta­bın və açıq-aydın Quranın ayə­lə­ri­dir.
15:2Cüz 14 · s. 262

رُبَمَا يَوَدُّ الَّذِينَ كَفَرُوا لَوْ كَانُوا مُسْلِمِينَ2

2. Kafirlər mütləq müsəl­man olma­la­rını arzulayacaq­lar.
15:3Cüz 14 · s. 262

ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ3

3. Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər.
15:4Cüz 14 · s. 262

وَمَا أَهْلَكْنَا مِنْ قَرْيَةٍ إِلَّا وَلَهَا كِتَابٌ مَعْلُومٌ4

4. Məhv etdiyimiz hər bir di­yarın mə­lum bir yazısı var idi (hə­lak ola­caq­la­rı vaxt əv­vəl­cə­dən müəyyən edil­miş­di).
15:5Cüz 14 · s. 262

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ5

5. Heç bir ümmət öz əcəlini nə qa­baq­laya bilər, nə də yu­bada bi­lər.
15:6Cüz 14 · s. 262

وَقَالُوا يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ6

6. Kafirlər dedilər: “Ey özü­nə Zikr na­zil edilən kəs! Doğru­dan da, sən də­li­sən.
15:7Cüz 14 · s. 262

لَوْ مَا تَأْتِينَا بِالْمَلَائِكَةِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ7

7. Əgər doğru danışanlar­dan­­sansa, nə­­yə görə dediyinə şa­hid­lik edə bilən mə­lək­ləri bizə gə­tir­mirsən?”
15:8Cüz 14 · s. 262

مَا نُنَزِّلُ الْمَلَائِكَةَ إِلَّا بِالْحَقِّ وَمَا كَانُوا إِذًا مُنْظَرِينَ8

8. Biz mələkləri ancaq haq­qı bərqərar etmək üçün endiri­rik. O za­man kafirlərə möhlət ve­ril­məz.
15:9Cüz 14 · s. 262

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ9

9. Şübhəsiz ki, Zikri Biz na­zil etdik, əlbəttə, Biz də onu qo­ruya­ca­ğıq.
15:10Cüz 14 · s. 262

وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ فِي شِيَعِ الْأَوَّلِينَ10

10. Biz səndən öncə də əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik.
15:11Cüz 14 · s. 262

وَمَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ11

11. Onlara elə bir elçi gəl­məzdi ki, ona istehza etmə­sin­lər.
15:12Cüz 14 · s. 262

كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ12

12. Beləcə, Biz küfrü gü­nah­karların qəl­binə yeridirik.
15:13Cüz 14 · s. 262

لَا يُؤْمِنُونَ بِهِ ۖ وَقَدْ خَلَتْ سُنَّةُ الْأَوَّلِينَ13

13. Onlar hələ də Qu­rana inan­mır­lar. Halbuki əv­vəlkilərin ba­şı­na gə­lənlər on­lara bəllidir.
15:14Cüz 14 · s. 262

وَلَوْ فَتَحْنَا عَلَيْهِمْ بَابًا مِنَ السَّمَاءِ فَظَلُّوا فِيهِ يَعْرُجُونَ14

14. Əgər onlara göydən bir qapı aç­saydıq və onlar dayan­ma­dan oraya qalx­saydılar,
15:15Cüz 14 · s. 262

لَقَالُوا إِنَّمَا سُكِّرَتْ أَبْصَارُنَا بَلْ نَحْنُ قَوْمٌ مَسْحُورُونَ15

15. yenə də inanmayıb: “Göz­lərimiz du­manlanmış, daha doğ­­ru­su biz sehr­lən­mi­şik”– deyər­dilər.
15:16Cüz 14 · s. 263

وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاءِ بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ16

16. Biz səmada bürclər ya­rat­dıq və onu baxanlar üçün bəzədik.
15:17Cüz 14 · s. 263

وَحَفِظْنَاهَا مِنْ كُلِّ شَيْطَانٍ رَجِيمٍ17

17. Onları qo­vulmuş hər bir şeytan­dan qoruduq.
15:18Cüz 14 · s. 263

إِلَّا مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُبِينٌ18

18. Ancaq şeytanlardan kim göy əh­li­nin danışıqlarına xəl­vət­cə qu­laq assa, onu yandırıb ya­xan alov təqib edər.
15:19Cüz 14 · s. 263

وَالْأَرْضَ مَدَدْنَاهَا وَأَلْقَيْنَا فِيهَا رَوَاسِيَ وَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ شَيْءٍ مَوْزُونٍ19

19. Biz yeri döşədik, orada möh­kəm dağlar yerləşdirdik və ora­da hər şey­dən lazım oldu­ğu qədər yetişdirdik.
15:20Cüz 14 · s. 263

وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ وَمَنْ لَسْتُمْ لَهُ بِرَازِقِينَ20

20. Orada həm sizin üçün, həm də si­zin ruzi vermədik­lə­riniz üçün do­la­nı­şıq vasitələri yaratdıq.
15:21Cüz 14 · s. 263

وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ21

21. Elə bir şey yoxdur ki, onun xə­zi­nələri Bizdə olmasın. Biz onu ancaq mü­əyyən öl­çü­də endiririk.
15:22Cüz 14 · s. 263

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ22

22. Biz küləkləri dölləndi­ri­ci – bulud­larda su əmələ gəti­rən, bit­ki­lə­ri toz­lan­dıran bir vasitə ki­mi göndərdik, göy­dən yağ­mur yağdı­rıb onu sizə içirt­dik. Belə ol­ma­saydı, siz onu yığıb saxla­ya bil­məz­diniz.
15:23Cüz 14 · s. 263

وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ23

23. Şübhəsiz ki, Biz həm di­ril­dir, həm də öldürürük və hər şeyə va­ris olan da Bizik.
15:24Cüz 14 · s. 263

وَلَقَدْ عَلِمْنَا الْمُسْتَقْدِمِينَ مِنْكُمْ وَلَقَدْ عَلِمْنَا الْمُسْتَأْخِرِينَ24

24. Həqiqətən, sizdən əvvəl gəlib-ge­dənləri də bilirik, son­ra kim­lərin gələ­cə­yini də bili­rik.
15:25Cüz 14 · s. 263

وَإِنَّ رَبَّكَ هُوَ يَحْشُرُهُمْ ۚ إِنَّهُ حَكِيمٌ عَلِيمٌ25

25. Həqiqətən, Rəbbin onla­rı bir yerə toplayacaq. Çünki O, hikmət sahibidir, hər şeyi bilən­dir.
15:26Cüz 14 · s. 263

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ26

26. Biz insanı başqa şəklə düş­müş qara palçıqdan, toxun­duq­da sax­sı kimi səs çıxaran quru gildən yaratdıq.
15:27Cüz 14 · s. 263

وَالْجَانَّ خَلَقْنَاهُ مِنْ قَبْلُ مِنْ نَارِ السَّمُومِ27

27. Cinləri isə daha öncə qız­mar alovdan yaratmışdıq.
15:28Cüz 14 · s. 263

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ28

28. Bir zaman Rəbbin mə­lək­lərə de­di: “Mən başqa şəklə düş­müş qara pal­çıqdan, toxun­duqda saxsı kimi səs çıxa­ran qu­ru gildən in­san yarada­cağam!
15:29Cüz 14 · s. 263

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ29

29. Mən ona biçim verib Öz ruhum­dan üfürdüyüm zaman siz ona səcdə edin!”
15:30Cüz 14 · s. 263

فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ30

30. Mələklərin hamısı ona səcdə etdi­lər.
15:31Cüz 14 · s. 263

إِلَّا إِبْلِيسَ أَبَىٰ أَنْ يَكُونَ مَعَ السَّاجِدِينَ31

31. Yalnız İblisdən başqa. O, səcdə edənlər arasında ol­maq­dan imtina etdi.
15:32Cüz 14 · s. 264

قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ32

32. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər ara­sın­da de­yilsən?”
15:33Cüz 14 · s. 264

قَالَ لَمْ أَكُنْ لِأَسْجُدَ لِبَشَرٍ خَلَقْتَهُ مِنْ صَلْصَالٍ مِنْ حَمَإٍ مَسْنُونٍ33

33. İblis dedi: “Sənin, başqa şəklə düş­­müş qara palçıqdan, to­xun­duqda sax­sı kimi səs çı­xa­ran quru gildən yarat­dı­ğın in­sana səc­də etmək mənə ya­raş­maz!”
15:34Cüz 14 · s. 264

قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ34

34. Allah dedi: “Oradan çıx! Artıq sən qo­vuldun.
15:35Cüz 14 · s. 264

وَإِنَّ عَلَيْكَ اللَّعْنَةَ إِلَىٰ يَوْمِ الدِّينِ35

35. Haqq-hesab gününə qə­dər sənə lənət olacaqdır”.
15:36Cüz 14 · s. 264

قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ36

36. İblis dedi: “Ey Rəbbim! Onların di­rildiləcəkləri günə qə­dər mə­nə möhlət ver”.
15:37Cüz 14 · s. 264

قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ37

37. Allah dedi: “Sən möhlət verilən­lər­dənsən.
15:38Cüz 14 · s. 264

إِلَىٰ يَوْمِ الْوَقْتِ الْمَعْلُومِ38

38. Ancaq məlum vaxtın gü­­nünə qə­dər”.
15:39Cüz 14 · s. 264

قَالَ رَبِّ بِمَا أَغْوَيْتَنِي لَأُزَيِّنَنَّ لَهُمْ فِي الْأَرْضِ وَلَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ39

39. İblis dedi: “Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə, mən də yer üzündə on­lara pis işləri gözəl göstərib onların ha­mı­sını az­dıracağam.
15:40Cüz 14 · s. 264

إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ40

40. Yalnız Sənin seçilmiş, ix­laslı qul­la­rından başqa”.
15:41Cüz 14 · s. 264

قَالَ هَٰذَا صِرَاطٌ عَلَيَّ مُسْتَقِيمٌ41

41. Allah dedi: “Bu, Mənə tə­­rəf gə­ti­rib çıxaran düz yoldur.
15:42Cüz 14 · s. 264

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلَّا مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ42

42. Şübhəsiz ki, qullarım üzə­rində sə­nin heç bir hökmün yox­dur. Yalnız sənə uyan az­ğın­lar­dan başqa”.
15:43Cüz 14 · s. 264

وَإِنَّ جَهَنَّمَ لَمَوْعِدُهُمْ أَجْمَعِينَ43

43. Həqiqətən, Cəhənnəm on­la­rın ha­mısına vəd olunmuş yer­dir.
15:44Cüz 14 · s. 264

لَهَا سَبْعَةُ أَبْوَابٍ لِكُلِّ بَابٍ مِنْهُمْ جُزْءٌ مَقْسُومٌ44

44. Onun yeddi qapısı var­. Hər qapı üçün onlardan müəy­yən bir dəstə təyin olun­muşdur.
15:45Cüz 14 · s. 264

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ45

45. Sözsüz ki, müttəqilər cən­nətlərdə və çeşmələr ba­şın­da ola­caq­lar.
15:46Cüz 14 · s. 264

ادْخُلُوهَا بِسَلَامٍ آمِنِينَ46

46. Onlara deyiləcək: “Oraya sağ-sala­mat və xatircəmliklə da­xil olun!”
15:47Cüz 14 · s. 264

وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَىٰ سُرُرٍ مُتَقَابِلِينَ47

47. Biz onların köksündəki kin-kü­durəti çıxarıb kənar et­dik. On­lar taxtlar üstündə qarşı-qarşıya oturan qar­daş­lar ola­caq­lar.
15:48Cüz 14 · s. 264

لَا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِينَ48

48. Onlara orada heç bir yor­ğunluq toxunmayacaq və on­lar ora­­dan çıxarıl­mayacaqlar.
15:49Cüz 14 · s. 264

۞ نَبِّئْ عِبَادِي أَنِّي أَنَا الْغَفُورُ الرَّحِيمُ49

49. Qullarıma xəbər ver ki, Mən Ba­ğışlayanam, Rəhmli­yəm.
15:50Cüz 14 · s. 264

وَأَنَّ عَذَابِي هُوَ الْعَذَابُ الْأَلِيمُ50

50. Əzabım isə ağrılı-acılı əzab­dır.
15:51Cüz 14 · s. 264

وَنَبِّئْهُمْ عَنْ ضَيْفِ إِبْرَاهِيمَ51

51. Onlara İbrahimin qo­naq­ları barə­sində də xəbər ver.
15:52Cüz 14 · s. 265

إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ52

52. O zaman onlar İbrahi­min yanına daxil olub: “Salam!”– de­di­­lər. İbrahim: “Biz sizdən eh­tiyat edirik!”– dedi.
15:53Cüz 14 · s. 265

قَالُوا لَا تَوْجَلْ إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ عَلِيمٍ53

53. Mələklər: “Qorxma! Hə­qi­­qətən, biz səni bilikli bir oğulla müj­dələyirik!”– dedilər.
15:54Cüz 14 · s. 265

قَالَ أَبَشَّرْتُمُونِي عَلَىٰ أَنْ مَسَّنِيَ الْكِبَرُ فَبِمَ تُبَشِّرُونَ54

54. İbrahim dedi: “Qocalıq mə­ni haq­ladığı bir vaxtda mənə müj­də ve­rir­si­niz? Məni nə ilə müjdələ­yirsiniz?”
15:55Cüz 14 · s. 265

قَالُوا بَشَّرْنَاكَ بِالْحَقِّ فَلَا تَكُنْ مِنَ الْقَانِطِينَ55

55. Onlar dedilər: “Biz sənə həqi­qət­lə müjdə veririk. Sən ümi­di­ni üzən­lər­dən olma!”
15:56Cüz 14 · s. 265

قَالَ وَمَنْ يَقْنَطُ مِنْ رَحْمَةِ رَبِّهِ إِلَّا الضَّالُّونَ56

56. İbrahim dedi: “Doğru yol­­­dan azan­lardan başqa Rəb­bi­nin mər­həmətindən kim ümi­dini üzər?”
15:57Cüz 14 · s. 265

قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ57

57. İbrahim dedi: “Ey elçi­lər! Vəzi­fə­niz nədir?”
15:58Cüz 14 · s. 265

قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ58

58. Onlar dedilər: “Biz gü­nah­kar adamları məhv etməyə gön­də­ril­mişik;
15:59Cüz 14 · s. 265

إِلَّا آلَ لُوطٍ إِنَّا لَمُنَجُّوهُمْ أَجْمَعِينَ59

59. yalniz Lutun ailəsindən başqa. Biz onların hamısını xi­las edə­cəyik.
15:60Cüz 14 · s. 265

إِلَّا امْرَأَتَهُ قَدَّرْنَا ۙ إِنَّهَا لَمِنَ الْغَابِرِينَ60

60. Lutun arvadından baş­qa. Biz onun geridə əzab içində qa­lan­lardan ol­ma­sına qə­rar verdik”.
15:61Cüz 14 · s. 265

فَلَمَّا جَاءَ آلَ لُوطٍ الْمُرْسَلُونَ61

61. Elçilər Lut əhlinin ya­nı­na gəl­dik­də
15:62Cüz 14 · s. 265

قَالَ إِنَّكُمْ قَوْمٌ مُنْكَرُونَ62

62. o dedi: “Siz yad adam­lar­sınız!”
15:63Cüz 14 · s. 265

قَالُوا بَلْ جِئْنَاكَ بِمَا كَانُوا فِيهِ يَمْتَرُونَ63

63. Onlar dedilər: “Xeyr, biz sənin ya­nına onların şübhə et­diyi əzab ilə gəl­mi­şik.
15:64Cüz 14 · s. 265

وَأَتَيْنَاكَ بِالْحَقِّ وَإِنَّا لَصَادِقُونَ64

64. Biz sənin yanına doğru xə­bərlə gəl­mişik. Həqiqətən də, biz doğru danı­şanlarıq.
15:65Cüz 14 · s. 265

فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَاتَّبِعْ أَدْبَارَهُمْ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ وَامْضُوا حَيْثُ تُؤْمَرُونَ65

65. Gecənin bir vaxtı ailəni yola çı­xart və özün də onların ar­xa­sın­ca get. Sizdən heç kəs çevri­lib arxaya bax­ma­sın. Sizə əmr olu­nan yerə yollanın”.
15:66Cüz 14 · s. 265

وَقَضَيْنَا إِلَيْهِ ذَٰلِكَ الْأَمْرَ أَنَّ دَابِرَ هَٰؤُلَاءِ مَقْطُوعٌ مُصْبِحِينَ66

66. Biz ona vəhy etdik ki, sübh çağı on­ların kökü kəsi­lə­cək.
15:67Cüz 14 · s. 265

وَجَاءَ أَهْلُ الْمَدِينَةِ يَسْتَبْشِرُونَ67

67. Şəhər əhalisi bir-birini muş­tu­luq­layaraq onun yanına gəl­di­lər.
15:68Cüz 14 · s. 265

قَالَ إِنَّ هَٰؤُلَاءِ ضَيْفِي فَلَا تَفْضَحُونِ68

68. Lut dedi: “Bunlar mə­nim qo­naq­la­rımdır. Məni bia­bır et­mə­yin!
15:69Cüz 14 · s. 265

وَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ69

69. Allahdan qorxun və mə­ni hör­mət­dən salmayın!”
15:70Cüz 14 · s. 265

قَالُوا أَوَلَمْ نَنْهَكَ عَنِ الْعَالَمِينَ70

70. Onlar dedilər: “Məgər biz sənə bu­ra gələn adamları qo­naq sax­lamağı qada­ğan et­mə­mi­şik?”
15:71Cüz 14 · s. 266

قَالَ هَٰؤُلَاءِ بَنَاتِي إِنْ كُنْتُمْ فَاعِلِينَ71

71. O dedi: “Bunlar mənim qızlarım­dır! Əgər istəyir­siniz­sə, on­larla evlənin!”
15:72Cüz 14 · s. 266

لَعَمْرُكَ إِنَّهُمْ لَفِي سَكْرَتِهِمْ يَعْمَهُونَ72

72. Ey Muhəmməd! Sənin ca­nına and olsun ki, onlar sər­xoş­luq­la­rı içində veyl-veyl gəzir­dilər.
15:73Cüz 14 · s. 266

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُشْرِقِينَ73

73. Günəş doğanda qor­xunc səs on­la­rı yaxaladı.
15:74Cüz 14 · s. 266

فَجَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهِمْ حِجَارَةً مِنْ سِجِّيلٍ74

74. Oranın altını üstünə çe­vir­dik və onların üzərinə odda biş­miş gil­ daşlar yağdırdıq.
15:75Cüz 14 · s. 266

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْمُتَوَسِّمِينَ75

75. Şübhəsiz ki, bunda başa düşən­lər üçün dəlillər vardır.
15:76Cüz 14 · s. 266

وَإِنَّهَا لَبِسَبِيلٍ مُقِيمٍ76

76. Həqiqətən, onlar Məkkə­dən Şama gedən yolun üstündə yaşa­yır­dılar.
15:77Cüz 14 · s. 266

إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِلْمُؤْمِنِينَ77

77. Şübhəsiz ki, bunda mö­minlər üçün dəlillər vardır.
15:78Cüz 14 · s. 266

وَإِنْ كَانَ أَصْحَابُ الْأَيْكَةِ لَظَالِمِينَ78

78. Əykə əhli də zalım idi.
15:79Cüz 14 · s. 266

فَانْتَقَمْنَا مِنْهُمْ وَإِنَّهُمَا لَبِإِمَامٍ مُبِينٍ79

79. Onlardan da intiqam al­dıq. Hər iki kənd aydın görü­nən yol üzərində yerləşirdi.
15:80Cüz 14 · s. 266

وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الْحِجْرِ الْمُرْسَلِينَ80

80. Hicr əhli də elçiləri ya­lançı saydı.
15:81Cüz 14 · s. 266

وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ81

81. Biz onlara ayələrimizi gön­dər­dik, lakin onlar bu ayə­lərdən üz döndər­di­lər.
15:82Cüz 14 · s. 266

وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ82

82. Onlar təhlükəsizlikdə qal­maq üçün dağlarda evlər yo­nur­du­lar.
15:83Cüz 14 · s. 266

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ83

83. Onları sübh çağı qor­xunc səs ya­xaladı.
15:84Cüz 14 · s. 266

فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ84

84. Qazandıqları dünya malı isə on­la­ra heç bir fayda ver­mə­di.
15:85Cüz 14 · s. 266

وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ85

85. Biz göyləri, yeri və on­la­rın ara­sında olanları yalnız haqq ola­raq yarat­dıq. O Saat mütləq gələ­cəkdir. Odur ki, Sən onları gö­zəl tərzdə bağışla.
15:86Cüz 14 · s. 266

إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ86

86. Həqiqətən, Rəbbin Yara­dan­dır, Bi­ləndir.
15:87Cüz 14 · s. 266

وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ87

87. Biz sənə təkrarlanan yed­di ayə­ni və əzəmətli Quranı verdik.
15:88Cüz 14 · s. 266

لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ88

88. Onların bəzi təbəqələ­ri­nə verdi­yimiz fani dünya ma­lı­na gö­zü­nü dik­mə, onlara görə kədər­lənmə, mömin­lər­lə yum­şaq davran
15:89Cüz 14 · s. 266

وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ89

89. və de: “Şübhəsiz ki, mən açıq-aş­kar bir xəbərdar edə­nəm!”
15:90Cüz 14 · s. 266

كَمَا أَنْزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ90

90. Biz Quranı bölənlərə də beləcə əzab endirmişdik.
15:91Cüz 14 · s. 267

الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ91

91. Onlar Quranı hissələrə böl­dülər (bir qisminə inanıb, digər qis­mini inkar etdilər).
15:92Cüz 14 · s. 267

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ92

92. Rəbbinə and olsun ki, Biz onların hamısından soruşa­ca­ğıq –
15:93Cüz 14 · s. 267

عَمَّا كَانُوا يَعْمَلُونَ93

93. törətdikləri əməllər barə­sində.
15:94Cüz 14 · s. 267

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ94

94. Sənə buyurulanı açıq-aş­kar bə­yan et və müşriklərdən üz çe­vir.
15:95Cüz 14 · s. 267

إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ95

95. Sözsüz ki, istehza edən­lərə qarşı Biz sənə yetərik.
15:96Cüz 14 · s. 267

الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ96

96. O kəslər ki, Allaha baş­qa məbudu şə­rik qoşurlar. Onlar tez­lik­lə biləcəklər.
15:97Cüz 14 · s. 267

وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ97

97. Biz onların dediklərin­dən sənin qəl­binin daraldığını bi­lirik.
15:98Cüz 14 · s. 267

فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ98

98. Sən həmd-səna ilə Rəb­bini təriflə və səcdə edən­lər­dən ol!
15:99Cüz 14 · s. 267

وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ99

99. Sənə ölüm gələnədək Rəb­binə iba­dət et.

Surənin əvvəlindən oxut

Fares Abbad - Al-Hijr · Tlawati