Surə 15 · Cüz 14
Al-Hijr · 15:45
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ
45. Sözsüz ki, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar.
Təfsir
Uca Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinərək Ondan qorxan müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar.