Surə 15 · Cüz 14
Al-Hijr · 15:32
قَالَ يَا إِبْلِيسُ مَا لَكَ أَلَّا تَكُونَ مَعَ السَّاجِدِينَ
32. Allah dedi: “Ey İblis! Nə üçün sən səcdə edənlər arasında deyilsən?”
Təfsir
İblis Adəmə səcdə etməkdən imtina etdikdən sonra, uca Allah ona belə dedi: "Mənim əmrimə tabe olaraq Adəmə səcdə edən mələklərlə birgə səcdə etməyə sənə mane olan və səni, əmrimə asi olmağa sövq etdirən nədir?"