Surə 15 · Cüz 14
Al-Hijr · 15:12
كَذَٰلِكَ نَسْلُكُهُ فِي قُلُوبِ الْمُجْرِمِينَ
12. Beləcə, Biz küfrü günahkarların qəlbinə yeridirik.
Təfsir
Biz o əvvəlki millətlərin qəlblərinə peyğəmbərləri yalançı hesab etməyi saldığımız kimi, eyni şəkildə, üz çevirib, inadkarlıq etdiklərinə görə onu Məkkə müşriklərin qəlblərinə də salarıq.