Surə 15 · Cüz 14
Al-Hijr · 15:22
وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ فَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَسْقَيْنَاكُمُوهُ وَمَا أَنْتُمْ لَهُ بِخَازِنِينَ
22. Biz küləkləri dölləndirici – buludlarda su əmələ gətirən, bitkiləri tozlandıran bir vasitə kimi göndərdik, göydən yağmur yağdırıb onu sizə içirtdik. Belə olmasaydı, siz onu yığıb saxlaya bilməzdiniz.
Təfsir
Biz, küləklər göndərib buludları bir yerə cəm etdik. Cəm olan buludlardan yağmuru yağdırdıq və sizləri bu yağmur suyu ilə suladıq. Ey İnsanlar! Bu suyun yer üzündə bulaq olub, yerdən qaynayıb çıxması üçün onu bir yerə toplayan siz deyilsiniz. Onu bir yerə toplayıb saxlayan yalnız Uca Allahdır.