Surə 15 · Cüz 14
Al-Hijr · 15:23
وَإِنَّا لَنَحْنُ نُحْيِي وَنُمِيتُ وَنَحْنُ الْوَارِثُونَ
23. Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.
Təfsir
Şübhəsiz ki, Biz ölüləri yoxdan var edərək həm öldükdən sonra onları yenidən dirildən, həm də dirilərin əcəli çatdıqda onları öldürən həm də ki, yerə və yer üzərində olan hər bir şeyə varis olub əbədi qalan da Bizik!