Surə 15 · Cüz 14
Al-Hijr · 15:52
إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا قَالَ إِنَّا مِنْكُمْ وَجِلُونَ
52. O zaman onlar İbrahimin yanına daxil olub: “Salam!”– dedilər. İbrahim: “Biz sizdən ehtiyat edirik!”– dedi.
Təfsir
Onlar İbrahimin yanına daxil olduqda ona: "Sənə salam olsun!" – dedilər. İbrahim də onlara daha gözəl bir şəkildə salam qaytardı və onların bəşər övladından olduqlarını zənn edərək onların yemələri üçün onlara qızarmış bir buzov gətirdi. İbrahim də qonaqların yeməyə əl uzatmadıqlarını görüb dedi: "Doğrusu, biz sizdən qorxuruq!".