Surə 15 · Cüz 14
Al-Hijr · 15:94
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
94. Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
Təfsir
Ey Peyğəmbər! Artıq sən, Allahın sənə dəvət etməyi əmr etdiyi şeyləri açıq-aşkar şəkildə bəyan et və müşriklərin söylədiklərinə və etdiklərinə də fikir vermə!