Surə 15 · Cüz 14

Al-Hijr · 15:3

ذَرْهُمْ يَأْكُلُوا وَيَتَمَتَّعُوا وَيُلْهِهِمُ الْأَمَلُ ۖ فَسَوْفَ يَعْلَمُونَ

3. Qoy onlar bir müddət ye­yib-içsin­lər, əylənsinlər və xam xə­yal­lar onların başlarını qat­sın. Tez­liklə biləcəklər.

Təfsir

Ey Peyğəbmər! Yalan sayan kimsələri tərk et, qoy onlar dünyada bir müddət heyvan kimi yeyib-içsinlər, fani dünya həyatının ləzzətləri ilə əylənsinlər və xam xə­yal­larla başlarını qatıb, iman gətirib, saleh əməllər etdməkdən yayınsınlar. Onlar, Qiyamət günü Allahın hüzuruna cəm olduqda, özlərinin ziyan içində olduqlarını biləcəklər.

Oxuyucuda aç - Surəni tam oxu