Nuh

سورة نوح

Surə 71 · Məkki · 28 ayə

71:1Cüz 29 · s. 570

إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ أَنْ أَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ أَنْ يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ1

1. Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik və dedik: “Sən öz qövmünü, onlara ağ­rı­lı-acılı bir əzab gəlməmiş­dən əvvəl xə­bər­dar et!”
71:2Cüz 29 · s. 570

قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ2

2. O dedi: “Ey qövmüm! Şüb­həsiz ki, mən sizi açıq-aydın xə­bərdar edənəm!
71:3Cüz 29 · s. 570

أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ3

3. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
71:4Cüz 29 · s. 570

يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ4

4. Belə etsəniz, O sizin gü­nah­larınız­dan keçər və sizə mü­əy­yən vax­tadək möhlət ve­rər. Hə­qiqətən, Allahın müəy­yən etdiyi vaxt gə­lib çatdıqda əsla təxirə salınmaz. Kaş biləy­diniz!”
71:5Cüz 29 · s. 570

قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا5

5. O dedi: “Ey Rəbbim, mən xalqımı gecə-gündüz də­vət et­dim.
71:6Cüz 29 · s. 570

فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا6

6. Amma dəvətim onların haqdan qaç­malarını daha da ar­tırdı.
71:7Cüz 29 · s. 570

وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا7

7. Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər.
71:8Cüz 29 · s. 570

ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا8

8. Sonra mən onları aşkar­ca­sına də­vət etdim.
71:9Cüz 29 · s. 570

ثُمَّ إِنِّي أَعْلَنْتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا9

9. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bil­dirib
71:10Cüz 29 · s. 570

فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا10

10. dedim: “Rəbbinizdən ba­ğışlan­ma­ğınızı diləyin! Həqi­qə­tən, O, çox Bağış­layandır!
71:11Cüz 29 · s. 571

يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا11

11. O, sizin üzərinizə bol-bol yağış gön­dərər,
71:12Cüz 29 · s. 571

وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا12

12. var-dövlət və oğul-uşaq­la sizin im­dadınıza çatar, sizin üçün bağ­lar sa­lar və çaylar ya­radar.
71:13Cüz 29 · s. 571

مَا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا13

13. Necə olub ki, siz Allahın böyük­lüyünü layiqincə uca tut­mur­sunuz?
71:14Cüz 29 · s. 571

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا14

14. Axı O sizi mərhələlərlə yaratdı.
71:15Cüz 29 · s. 571

أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا15

15. Məgər Allahın yeddi gö­yü tə­bə­qə-təbəqə necə yarat­dı­ğını gör­mür­sü­nüz?
71:16Cüz 29 · s. 571

وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا16

16. Orada ayı bir nur, günə­şi də çıraq et­mişdir.
71:17Cüz 29 · s. 571

وَاللَّهُ أَنْبَتَكُمْ مِنَ الْأَرْضِ نَبَاتًا17

17. Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
71:18Cüz 29 · s. 571

ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا18

18. Sonra O sizi ora qayta­ra­caq və yenidən çıxarda­caq­.
71:19Cüz 29 · s. 571

وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا19

19. Allah yeri sizin üçün xalı təki dö­şədi.
71:20Cüz 29 · s. 571

لِتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا20

20. Belə etdi ki, orada geniş yollarla hərəkət edəsiniz”.
71:21Cüz 29 · s. 571

قَالَ نُوحٌ رَبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَنْ لَمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا21

21. Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-döv­lə­ti, övladı özünə zərərdən başqa bir şey artırma­yan bir adama ta­be oldular.
71:22Cüz 29 · s. 571

وَمَكَرُوا مَكْرًا كُبَّارًا22

22. Onlar mənə qarşı böyük bir hiylə işlətdilər
71:23Cüz 29 · s. 571

وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا23

23. və özlərinə tabe olanlara dedilər: “Öz məbudlarınızı tərk et­mə­yin; Vəddi, Suvanı, Yə­ğu­su, Yəuqu və Nəsri tərk et­mə­yin!”
71:24Cüz 29 · s. 571

وَقَدْ أَضَلُّوا كَثِيرًا ۖ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا24

24. Artıq onlar çoxlarını az­dırmışlar. Sən də zalım­lara az­ğınlıq­dan başqa bir şey ar­tır­ma”.
71:25Cüz 29 · s. 571

مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا25

25. Onlar öz günahlarına gö­rə suya qərq edildilər və oda atıl­dı­lar. Onlar özlərinə Allah­dan savayı köməkçilər tapma­dılar.
71:26Cüz 29 · s. 571

وَقَالَ نُوحٌ رَبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا26

26. Nuh dedi: “Ey Rəbbim, kafirlər­dən yer üzündə bir nə­fəri be­lə sağ qoyma!
71:27Cüz 29 · s. 571

إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا27

27. Əgər Sən onları sağ qoy­san, onlar Sənin qullarını azdıracaq və yal­nız günahkar, kafir öv­ladlar doğub-törədəcəklər.
71:28Cüz 29 · s. 571

رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَنْ دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا28

28. Ey Rəbbim! Məni, vali­deynlə­ri­mi, evimə mömin ki­mi daxil olan­ları və bütün mömin kişi və qadınları bağışla! Zülm­karların isə ancaq həlakını ar­tır”.

Surənin əvvəlindən oxut