Surə 71 · Cüz 29
Nuh · 71:12
وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَلْ لَكُمْ جَنَّاتٍ وَيَجْعَلْ لَكُمْ أَنْهَارًا
12. var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
Təfsir
O sizə çoxlu var-dövlət və oğul-uşaq bəxş edər, sizin üçün meyvəsindən yeyəcəyiniz bağlar və suyundan içəcəyiniz, üstəlik, əkin sahələrinizi və heyvanlarınızı suvaracağınız çaylar yaradar.