Surə 71 · Cüz 29
Nuh · 71:25
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُمْ مِنْ دُونِ اللَّهِ أَنْصَارًا
25. Onlar öz günahlarına görə suya qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
Təfsir
Onlar hələ dünyada ikən etdikləri günahlara görə qasırğalı dənizdə suya qərq edildilər və öldükdən dərhal sonra Cəhənnəmə atıldılar. Özlərinə Allahdan savayı onları suda batmaqdan və odda yanmaqdan qurtaracaq köməkçilər tapa bilmədilər!