Surə 71 · Cüz 29
Nuh · 71:27
إِنَّكَ إِنْ تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا
27. Əgər Sən onları sağ qoysan, onlar Sənin qullarını azdıracaq və yalnız günahkar, kafir övladlar doğub-törədəcəklər.
Təfsir
Ey Rəbbimiz! Əgər Sən, onları sağ buraxsan və onlara möhlət versən, onlar Sənin mömin qullarını azdıracaq, həm də, Sənə itaət etməyən və Sənin nemətlərinə şükr etməyən günahkar övladlar doğub-törəyəcəklər.