Surə 71 · Cüz 29

Nuh · 71:7

وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا

7. Sən onları bağışlayasan de­yə, mən hər dəfə onları imana də­vət etdikdə, on­lar barmaqla­rını qulaq­larına tıxayır, pal­tar­larına bü­rünür, küfrlərində is­rar edir və ötkəm-ötkəm təkəb­bür­lənir­dilər.

Təfsir

Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.

Oxuyucuda aç - Surəni tam oxu