Surə 71 · Cüz 29
Nuh · 71:4
يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۚ إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاءَ لَا يُؤَخَّرُ ۖ لَوْ كُنْتُمْ تَعْلَمُونَ
4. Belə etsəniz, O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın müəyyən etdiyi vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
Təfsir
Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz".