Surə 71 · Cüz 29

Nuh · 71:3

أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ

3. Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!

Təfsir

Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!

Oxuyucuda aç - Surəni tam oxu