Surə 71 · Cüz 29
Nuh · 71:10
فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا
10. dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
Təfsir
Və dedim: "Ey qövmüm! Rəbbinizə tövbə etməklə Ondan bağışlanma diləyin! Həqiqətən, pak və müqəddəs olan Allah Öz qullarından Ona tövbə edənləri çox bağışlayandır!