At-Tahrim

سورة التحريم

Surə 66 · Mədani · 12 ayə

66:1Cüz 28 · s. 560

يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ ۖ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ1

1. Ey Peyğəmbər! Zövcə­lə­ri­ni razı salmağa çalışaraq Alla­hın sə­nə halal et­diyi şeyi nə üçün özünə qadağan edir­sən?! Allah Ba­ğış­la­yan­dır, Rəhm­li­dir.
66:2Cüz 28 · s. 560

قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ2

2. Allah, andlarınızdan kəf­fa­rə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Bi­ləndir, Hik­mət sahibidir.
66:3Cüz 28 · s. 560

وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ3

3. Bir zaman Peyğəmbər öz zövcə­lə­rindən birinə sirr ver­di. O da bu­nu onun digər zövcə­sinə xəbər verdikdə və Allah da bu­nu Pey­ğəm­bərə aşkar et­dik­də, o, bunun bir qismini sirr verdiyi zöv­cəsinə bil­dirdi, digər qis­mindən isə vaz keçdi. Pey­ğəm­bər bunu ona bildir­dik­də zöv­cəsi dedi: “Bunu sənə kim xə­bər verdi?” O dedi: “Bunu mə­nə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”
66:4Cüz 28 · s. 560

إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ4

4. Əgər ikiniz də Allaha töv­bə etsə­niz, yaxşı olar. Çünki hər iki­ni­zin qəlbi günaha meyl et­mişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəstək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır.
66:5Cüz 28 · s. 560

عَسَىٰ رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا5

5. Əgər o sizi boşasa, Rəbbi sizin əvə­zinizə ona sizdən da­ha yax­şı zöv­cələr – müsəlman, mö­min, itaətkar, tövbə edən, iba­dət edən, oruc tutan dul qa­dın­lar və bakirə qızlar verə bi­lər.
66:6Cüz 28 · s. 560

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ6

6. Ey iman gətirənlər! Özü­nüzü və ailə­nizi yanacağı in­san­lar və daş­lar olan od­dan qoru­yun! Onun başı üs­tündə Alla­hın onlara ver­diyi əmrlərə heç vaxt asi olma­yan, özlərinə bu­yu­rulanları ye­ri­nə yetirən aman­sız və güclü mələklər var­.
66:7Cüz 28 · s. 560

يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ7

7. Ey kafir olanlar! Bu gün üzr dilə­mə­yin. Siz ancaq etdi­yiniz əməl­lərin cəza­sını çəkə­cəksiniz!
66:8Cüz 28 · s. 561

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ8

8. Ey iman gətirənlər! Alla­ha səmimi olaraq tövbə edin. Ola bil­sin ki, Rəb­biniz günah­la­rı­nızdan keçsin və sizi, Allah o Pey­ğəm­bə­ri və onunla bir­lik­də iman gə­tirənləri utandır­ma­ya­cağı gün­də, ağacları al­tından çaylar axan cən­nətlərə daxil etsin. Onların nuru ön­lə­rin­dən və sağ tərəflərindən ət­rafa ya­yılacaq. On­lar de­yə­cək­lər: “Ey Rəb­bimiz! Nuru­mu­zu bi­zim üçün tamamla və bi­zi ba­ğışla. Həqiqə­tən, Sən hər şeyə qadirsən!”
66:9Cüz 28 · s. 561

يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ9

9. Ey Peyğəmbər! Kafirlərə və mü­nafiqlərə qarşı vuruş! On­larla sərt dav­ran! Onların gedəcəkləri yer Cəhənnəm­dir. Ora necə də pis dö­nüş yeridir!
66:10Cüz 28 · s. 561

ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ10

10. Allah kafirlərə Nuhun ar­vadı ilə Lutun arvadını misal çək­di. Onlar Bi­zim əməlisaleh qullarımızdan iki qulun ni­kahı altında idi­lər. Onlar ərlərinə xə­yanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bil­mədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda gi­rin!”– de­yildi.
66:11Cüz 28 · s. 561

وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ11

11. Allah iman gətirənlərə isə Firo­nun zövcəsini misal çək­di. O zaman o: “Ey Rəbbim! Mənə Öz yanında – Cən­nətdə bir ev tik. Mə­ni Firondan və onun əmə­lindən xilas et. Məni zalım adam­lar­dan qurtar!”– de­mişdi.
66:12Cüz 28 · s. 561

وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ12

12. Həmçinin ismətini qoru­yan İm­ran qızı Məryəmi də mi­sal çək­di. Biz ona Öz ruhu­muz­dan (Cəbrail vasitəsilə) üfür­dük. O, Rəbbinin Söz­lərini və Onun Kitablarını təs­diq et­di və itaət edənlərdən ol­du.

Surənin əvvəlindən oxut

Fares Abbad - At-Tahrim · Tlawati