Surə 66 · Cüz 28
At-Tahrim · 66:5
عَسَىٰ رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا
5. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar verə bilər.
Təfsir
Əgər Peyğəmbər sizi boşasa, onun pak və müqəddəs Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli zövcələr – Allahın əmrinə boyun əyən, Allaha və Onun rəsuluna iman gətirən, Allaha itaət edən, öz günahlarından tövbə edən, Rəbbinə ibadət edən, oruc tutan dul qadınlar və heç kəslə yaxınlıq etməmiş bakirə qızlar verə bilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları boşamamışdır.