Surə 66 · Cüz 28

At-Tahrim · 66:4

إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ

4. Əgər ikiniz də Allaha töv­bə etsə­niz, yaxşı olar. Çünki hər iki­ni­zin qəlbi günaha meyl et­mişdir. Əgər Peyğəmbərə qarşı bir-biri­ni­zə dəstək versə­niz, bi­lin ki, Allah, Cəb­rail və əməli­saleh möminlər onun dostu və yar­dım­çısıdır. Bunlar­dan baş­qa mə­lək­lər də onun yar­dımçı­la­rıdır.

Təfsir

Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi Rəsulullahin (səllallahu aleyhi və səlləm) xoşlamadığı bir əməli - cariyəsindən uzaqlaşıb onu özünə haram etməsini - sevməyə meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək verməyə israr etsəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Allahın ona olan yardımından sonra mələklər də, ona əziyyət verənlərə qarşı onun dostları və yardımçısıdır.

Oxuyucuda aç - Surəni tam oxu