Surə 66 · Cüz 28
At-Tahrim · 66:3
وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ
3. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə, o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?” O dedi: “Bunu mənə hər şeyi Bilən, hər şeydən Xəbərdar olan Allah xəbər verdi!”
Təfsir
Bir zaman Peyğəmbər -səllallahu aleyhi və səlləm- zövcəsi Həfsaya, bir daha zövcəsi Mariya ilə yaxınlıq etməyəcək dair sirr verdiyini xatırla. Nəhayət, Həfsa bunu Aişəyə bildirdikdə və Allah da Peyğəmbərə onun sirrinin ifşa edildiyini xəbər verdikdə, o, bu xəbərin bir qismini Həfsaya bildirdi, digərini isə demədi. Həfsa, Peyğəmbərdən -səllallahu aleyhi və səlləm-: “Bunu sənə kim xəbər verdi?”- deyə soruşduqda, O: “Bunu mənə hər şeyi bilən, hər gizli şeydən xəbərdar olan Allah xəbər verdi!”- deyərək cavab verdi.