Surə 66 · Cüz 28

At-Tahrim · 66:2

قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ

2. Allah, andlarınızdan kəf­fa­rə ver­məklə azad olmağı siz­dən ötrü qanuni­ləşdirmişdir. Allah sizin himayə­da­rı­nızdır. O, Bi­ləndir, Hik­mət sahibidir.

Təfsir

Allah, barəsində and içdiyiniz işdən daha xeyirlisini gördüyünüz və ya andınızı pozduğunuz təqdirdə kəffarə verməklə o anddan azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin yardımçınızdır. O, sizin halınızı və nəyin sizin üçün daha xeyirli olduğunu biləndir. Uca Allah, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.

Oxuyucuda aç - Surəni tam oxu