Surə 66 · Cüz 28
At-Tahrim · 66:6
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
6. Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər var.
Təfsir
Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan böyük oddan qorumaq üçün sipər hazırlayın! O odun üstündə ora daxil olan kimsələrə qarşı sərt təbiətli və şiddətli mələklər vardır. Bu mələklər Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmur və Allahın onlara buyurduqlarını yorulmaq bilmədən dərhal yerinə yetirirlər.