Surə 66 · Cüz 28
At-Tahrim · 66:7
يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ
7. Ey kafir olanlar! Bu gün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz!
Təfsir
Qiyamət günü kafirlərə belə deyiləcək: "Ey Allaha küfr edənlər! Bu gün vaxtı ilə etdiyiniz küfrə və asiliklərə görə üzr diləməyin, sizin üzrxahlıq etməniz qəbul edilməyəcəkdir. Bu gün siz ancaq dünyada etdiyiniz əməllərin - Allaha küfr etməyinizin və Onun peyğəmbərlərini yalançı saymağınızın cəzasını çəkəcəksiniz!