Surə 66 · Cüz 28
At-Tahrim · 66:8
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
8. Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi, Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə, ağacları altından çaylar axan cənnətlərə daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!”
Təfsir
Ey Allaha iman gətirən və Onun buyururqlarını yerinə yetirən kimsələr! Günahlarınıza görə Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı silsin və sizi, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri atəşə atmaqla rəzil etməyəcəyi bir gündə - qiyamət günü ağacları və qəsrləri altından çaylar axan Cənnət bağlarına daxil etsin. Sirat körpüsü üzərində onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz Cənnətə daxil olanadək nurumuzu bizim üçün tamamla ki, münafiqlərin nuru sirat körpüsü üstündə söndüyü kimi, bizim də nurumuz sönməsin və bizim günahlarımızı bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən. Sənin bizim nurumuzu tamamlamağına və günahlarımızı bağışlmağına heç kəs mane ola bilməz.”