Al-Munafiqun

سورة المنافقون

Surə 63 · Mədani · 11 ayə

63:1Cüz 28 · s. 554

إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ1

1. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət ve­ri­rik ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şa­hid­dir ki, münafiqlər əsl ya­lançıdırlar.
63:2Cüz 28 · s. 554

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ2

2. Onlar andlarını sipər edib insanları Allah yolundan dön­dər­di­lər. Həqiqə­tən, onların tö­rətdikləri əməllər necə də pis­dir!
63:3Cüz 28 · s. 554

ذَٰلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ3

3. Bu ona görədir ki, onlar iman gə­tirdikdən sonra kafir ol­du­lar. Sonra da onların qəl­binə möhür vuruldu. Artıq on­lar an­la­mır­lar.
63:4Cüz 28 · s. 554

۞ وَإِذَا رَأَيْتَهُمْ تُعْجِبُكَ أَجْسَامُهُمْ ۖ وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ ۖ كَأَنَّهُمْ خُشُبٌ مُسَنَّدَةٌ ۖ يَحْسَبُونَ كُلَّ صَيْحَةٍ عَلَيْهِمْ ۚ هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ۚ قَاتَلَهُمُ اللَّهُ ۖ أَنَّىٰ يُؤْفَكُونَ4

4. Sən onlara baxdıqda onların bə­dən quru­luş­ları xoşuna gəlir, danı­şan­da on­ların de­diklərinə qulaq asırsan. Halbuki, on­lar divara söy­kə­dilmiş dirəklər kimidir­lər. Onlar hər bir səs-küyün özlə­rinə qar­şı olduğu­nu sanırlar. Onlar düş­mən­dir­lər. Sən onlar­dan çəkin! Allah onları məhv etsin, necə də haq­dan dön­də­rilirlər!
63:5Cüz 28 · s. 555

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ5

5. Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən.
63:6Cüz 28 · s. 555

سَوَاءٌ عَلَيْهِمْ أَسْتَغْفَرْتَ لَهُمْ أَمْ لَمْ تَسْتَغْفِرْ لَهُمْ لَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ6

6. Sən onlar üçün bağış­lan­ma dilə­sən də, diləməsən də, fərqi yox­dur. Allah onları ba­ğışlamayacaq. Şübhəsiz ki, Allah fasiq adamları doğru yo­la yö­nəlt­məz.
63:7Cüz 28 · s. 555

هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ7

7. Məhz onlar: “Allahın Rəsulu ya­nın­da olanlara bir şey ver­mə­yin ki, da­ğı­lıb get­sin­lər!”– deyirlər. Halbuki göy­lərin və yerin xə­zi­nələri Allahındır, la­kin mü­nafiqlər anlamırlar.
63:8Cüz 28 · s. 555

يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ8

8. Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər.
63:9Cüz 28 · s. 555

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ9

9. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır.
63:10Cüz 28 · s. 555

وَأَنْفِقُوا مِنْ مَا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ أَحَدَكُمُ الْمَوْتُ فَيَقُولَ رَبِّ لَوْلَا أَخَّرْتَنِي إِلَىٰ أَجَلٍ قَرِيبٍ فَأَصَّدَّقَ وَأَكُنْ مِنَ الصَّالِحِينَ10

10. Sizlərdən birinə ölüm gə­lib: “Ey Rəbbim! Mənə bir az möh­lət ver ki, sə­dəqə verib əməlisalehlərdən olum!”– de­məmişdən əv­vəl sizə verdi­yim ruzi­dən xərcləyin.
63:11Cüz 28 · s. 555

وَلَنْ يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ11

11. Allah əcəli çatmışlara əs­la möh­lət verməz. Allah sizin nə etdikləriniz­dən xəbərdardır.

Surənin əvvəlindən oxut

Fares Abbad - Al-Munafiqun · Tlawati