Surə 63 · Cüz 28
Al-Munafiqun · 63:7
هُمُ الَّذِينَ يَقُولُونَ لَا تُنْفِقُوا عَلَىٰ مَنْ عِنْدَ رَسُولِ اللَّهِ حَتَّىٰ يَنْفَضُّوا ۗ وَلِلَّهِ خَزَائِنُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَفْقَهُونَ
7. Məhz onlar: “Allahın Rəsulu yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!”– deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar.
Təfsir
Məhz onlar: “Allahın rəsulu yanında olan kasıblara və Mədinə ətrafında olan bədəvilərə malınızdan heç nə verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri təkcə Allaha məxsusdur, O, Öz qullarından istədiyinə ruzi verir, lakin münafiqlər ruzi xəzinələrinin pak və müqəddəs Allahın əlində olduğunu anlamırlar.