Surə 63 · Cüz 28

Al-Munafiqun · 63:8

يَقُولُونَ لَئِنْ رَجَعْنَا إِلَى الْمَدِينَةِ لَيُخْرِجَنَّ الْأَعَزُّ مِنْهَا الْأَذَلَّ ۚ وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَٰكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ

8. Onlar: “Əgər biz Mədi­nə­yə qayıt­saq, ən qüdrətlilər ən al­çaq­la­rı (müna­fiqlər mü­səl­man­ları) mütləq oradan çı­xar­da­caq­lar!”– de­yirlər. Hal­buki qüd­rət yalnız Allaha, Onun Rəsuluna və mö­min­lə­rə məx­sus­dur, lakin bunu müna­fiqlər bilmirlər.

Təfsir

Münafiqlərin başçısı Abdullah ibn Ubeyy deyir: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər, yəni mən və mənim camaatım, ən alçaqları, yəni Muhəmməd və onun səhabələrini mütləq oradan çıxardacaqlar!” Halbuki qüdrət Abdyllah ibn Ubeyyə və onun havadarlarına deyil, yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsusdur. Lakin münafiqlər qüdrətin yalnız Allaha, Onun rəsuluna və möminlərə məxsus olduğunu bilməzlər.

Oxuyucuda aç - Surəni tam oxu