Surə 63 · Cüz 28

Al-Munafiqun · 63:9

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُلْهِكُمْ أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ عَنْ ذِكْرِ اللَّهِ ۚ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

9. Ey iman gətirənlər! Nə mallarınız, nə də övladlarınız sizi Alla­hın zikrin­dən yayın­dırmasın! Bunu edənlər zi­yana uğrayan­lar­dır.

Təfsir

Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Mallarınız və övladlarınız sizi namaz qılmaqdan və ya İslam dininin başqa vacib əməllərinin icrasından yayındırmasın! Hər kimin malı və övladı onu Allahın vacib buyurduğu namazdan və başqa ibadətlərdən yayındırarsa, məhz belələri həqiqi mənada ziyana uğrayanlardır. O kəslər qiyamət günü həm özlərini, həm də əhli-əyallarını ziyana uğratanlardır.

Oxuyucuda aç - Surəni tam oxu