Surə 63 · Cüz 28
Al-Munafiqun · 63:1
إِذَا جَاءَكَ الْمُنَافِقُونَ قَالُوا نَشْهَدُ إِنَّكَ لَرَسُولُ اللَّهِ ۗ وَاللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُ وَاللَّهُ يَشْهَدُ إِنَّ الْمُنَافِقِينَ لَكَاذِبُونَ
1. Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Rəsulusan!”– deyirlər. Allah da bilir ki, sən Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.
Təfsir
Ey Peyğəmbər! Özlərini müsəlman kimi göstərən, küfrlərini isə gizlədən münafiqlər sənin məclisinə gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən, həqiqətən də, Allahın Rəsulusan!” – deyirlər. Allah da bilir ki, sən, həqiqətən də, Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlərin səmimi-qəlbdən sənin Allahın rəsulu olduğuna dair şahidlik etməsinə iddiaları yalandır.