Surə 63 · Cüz 28

Al-Munafiqun · 63:2

اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ

2. Onlar andlarını sipər edib insanları Allah yolundan dön­dər­di­lər. Həqiqə­tən, onların tö­rətdikləri əməllər necə də pis­dir!

Təfsir

Onlar özlərinin mömin olduqlarına dair içdikləri andlarını qətlə yetirilməkdən və əsir götürülməkdən qorunmaq üçün sipər edib insanların qəlbinə şəkk-şübhə salmaqla onları imandan döndərirlər. Həqiqətən, onların ikiüzlülüyü və yalandan and içməsi necə də pisdir!

Oxuyucuda aç - Surəni tam oxu