Surə 63 · Cüz 28
Al-Munafiqun · 63:11
وَلَنْ يُؤَخِّرَ اللَّهُ نَفْسًا إِذَا جَاءَ أَجَلُهَا ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
11. Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır.
Təfsir
Uca Allah, əcəli yetişmiş və ömrü başa çatmış kimsəyə əsla möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Sizin əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, sizə əməllərinizin əvəzini - yaxşıların mükafatını, pislərin də cəzasını verəcəkdir.