Surə 64 · Cüz 28

At-Taghabun · 64:1

يُسَبِّحُ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

1. Göylərdə və yerdə olan­ların ha­mısı Allahın şəninə tə­riflər de­yir. Hökm Onun­dur, həmd Ona məxsusdur. O, hər şeyə qa­dir­dir.

Təfsir

Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. Mülk yalnız Ona məxsusdur və Ondan başqa hökmdar yoxdur. Gözəl təriflər də Ona məxsusdur. O, hər şeyə qadirdir və heç bir şey Onu aciz edə bilməz.

Oxuyucuda aç - Surəni tam oxu