Surə 64 · Cüz 28

At-Taghabun · 64:2

هُوَ الَّذِي خَلَقَكُمْ فَمِنْكُمْ كَافِرٌ وَمِنْكُمْ مُؤْمِنٌ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

2. Sizi yaradan Odur. Kimi­niz kafir, kiminiz də mömin­dir. Allah nə etdiklə­rinizi görür.

Təfsir

Ey insanlar! Sizi xəlq edən Odur. Aranızda Allaha küfr edənlər var, olanların gedəcəyi yer Cəhənnəmdir. Həmçinin, aranızda möminlər də var, onların gedəcəyi yer Cənnətdir. Allah sizin nə etdiklərinizi görür,əməllərinizdən heç bir şey Ona gizli qalmaz və O, əməllərinizin əvəzini sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu