Surə 63 · Cüz 28

Al-Munafiqun · 63:5

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا يَسْتَغْفِرْ لَكُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُءُوسَهُمْ وَرَأَيْتَهُمْ يَصُدُّونَ وَهُمْ مُسْتَكْبِرُونَ

5. Onlara: “Gəlin Allahın Rəsulu sizin üçün bağışlanma di­lə­sin!”– deyildiyi zaman baş­la­rını yelləyir və sən onların təkəbbürlə üz döndər­dik­lərini görürsən.

Təfsir

O münafiqlərə: "Gəlin Allahın rəsuluna üzrxahlıq edin, o da sizin günahlarınız üçün Allahdan bağışlanma diləsin"- deyildikdə, onlar istehza və məsxərə ilə başlarını yelləyir və sən onların haqqı qəbul etməyə və onu dinləməyə təkbbür göstərərək özlərinə əmr edilənlərdən üz çevirdiklərini görürsən.

Oxuyucuda aç - Surəni tam oxu