Al-Qamar

سورة القمر

Surə 54 · Məkki · 55 ayə

54:1Cüz 27 · s. 528

اقْتَرَبَتِ السَّاعَةُ وَانْشَقَّ الْقَمَرُ1

1. Qiyamət yaxınlaşdı və ay yarıldı.
54:2Cüz 27 · s. 528

وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ2

2. Onlar bir möcüzə gör­dük­də üz döndərib: “Bu, davam e­dən bir sehrdir” deyirlər.
54:3Cüz 27 · s. 528

وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ3

3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin is­tək­lə­ri­nə tabe oldu­lar. Halbuki hər bir iş bərqərar olacaq.
54:4Cüz 27 · s. 528

وَلَقَدْ جَاءَهُمْ مِنَ الْأَنْبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ4

4. Onlara küfrdən çəkin­di­rən neçə-ne­çə xəbər gəlmiş­dir.
54:5Cüz 27 · s. 528

حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ5

5. Bu, böyük bir hikmətdir. Lakin ar­xa çevirənlərə təhdid­lər nə fay­da verə bilər?!
54:6Cüz 27 · s. 528

فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُكُرٍ6

6. Sən də onları tərk et! Car­çının on­ları xoşagəlməz bir şe­yə ça­ğı­ra­cağı gün
54:7Cüz 27 · s. 529

خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ7

7. onlar zəlil baxışlarla göz­lərini aşa­ğı dikmiş halda, ətra­fa ya­yı­lan çəyirt­kə­lər kimi qə­bir­lərindən çıxacaqlar.
54:8Cüz 27 · s. 529

مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ8

8. Kafirlər carçıya tərəf tə­lə­sərək: “Bu nə çətin bir gün­dür!”– de­yəcəklər.
54:9Cüz 27 · s. 529

۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ9

9. Onlardan əvvəl Nuh qöv­mü el­çi­lə­ri yalançı hesab et­miş­di. On­lar qu­lu­mu­zu yalançı sa­yıb: “O, dəlidir!”– dedilər və ona hədə-qor­xu gəldi­lər.
54:10Cüz 27 · s. 529

فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ10

10. O, Rəbbinə yalvarıb: “Mə­ni üs­tə­lədilər! Mənə kö­mək et!”– de­di.
54:11Cüz 27 · s. 529

فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ11

11. Biz göyün qapılarını ley­san yağışı ilə açdıq.
54:12Cüz 27 · s. 529

وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ12

12. Yeri yarıb bulaqlar qay­natdıq. Göydən tökülən və yer­dən çıxan su­lar əzəl­dən yazıl­mış bir iş üçün bir-birinə qo­vuşdu.
54:13Cüz 27 · s. 529

وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ13

13. Biz onu taxtalardan pər­çimlənib mismarlanmış gəmi­də da­şı­dıq.
54:14Cüz 27 · s. 529

تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ14

14. İnkar edilmiş peyğəm­bə­rə mükafat olaraq o gəmi Göz­ləri­miz önün­də üzüb gedirdi.
54:15Cüz 27 · s. 529

وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ15

15. Biz həmin hadisə­ni nəsillə­rə ibrət üçün saxla­dıq. Amma heç bir ya­da salan varmı?
54:16Cüz 27 · s. 529

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ16

16. Görəydin Mənim əzabım və qor­xut­mağım necə oldu!
54:17Cüz 27 · s. 529

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ17

17. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?
54:18Cüz 27 · s. 529

كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ18

18. Ad qövmü də elçiləri ya­lançı saydı. Görəydin Mənim əzabım və qorxut­ma­ğım necə oldu!
54:19Cüz 27 · s. 529

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ19

19. Biz uzun sürən uğursuz bir gün­də onların üstünə çox so­yuq külək gön­dərdik.
54:20Cüz 27 · s. 529

تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ20

20. O, insanları kökündən çıxar­dıl­mış xurma kötükləri kimi qo­par­dıb atırdı.
54:21Cüz 27 · s. 529

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ21

21. Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu!
54:22Cüz 27 · s. 529

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ22

22. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?
54:23Cüz 27 · s. 529

كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ23

23. Səmud qövmü də peyğəmbərləri Salehi yalan saydı.
54:24Cüz 27 · s. 529

فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ24

24. Onlar dedilər: “Özü­müz­dən olan bir adamamı tabe ola­ca­ğıq? On­da biz az­ğınlığa dü­şər və ağılsız iş görmüş ola­rıq!
54:25Cüz 27 · s. 529

أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ25

25. Zikr aramızdan təkcə onamı ve­rildi? Xeyr, o, yalan­çıdır, lov­ğa­dır!”
54:26Cüz 27 · s. 529

سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ26

26. Sabah onlar kimin ya­lan­çı və lovğa olduğunu müt­ləq bi­lə­cək­lər.
54:27Cüz 27 · s. 529

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ27

27. Biz onları sınağa çək­mək üçün bir dişi dəvə göndə­rə­cə­yik. On­ların nə edəcək­lərini göz­lə və əziyyətlərinə səbir et!
54:28Cüz 27 · s. 530

وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ28

28. Onlara xəbər ver ki, bu su, dəvə ilə onlar arasında bö­lüş­dü­rül­müş­dür. Hər biri su iç­məyə öz növbəsində gəl­sin!”
54:29Cüz 27 · s. 530

فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ29

29. Onlar öz yoldaşlarını ça­ğırdılar. O da dəvəni tutub diz və­tə­rini kəsdi.
54:30Cüz 27 · s. 530

فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ30

30. Görəydin Mənim əzabım və qor­xutmağım necə oldu!
54:31Cüz 27 · s. 530

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ31

31. Həqiqətən, Biz onlara bir­cə tük­ür­pədici səs göndər­dik və on­lar mal-qara ağılında isti­fadə edilən quru saman ki­mi ol­dular.
54:32Cüz 27 · s. 530

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ32

32. Biz Quranı yada salmaq üçün asan­laşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?
54:33Cüz 27 · s. 530

كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ33

33. Lut qövmü də qorxudan peyğəmbərləri ya­lan saydı.
54:34Cüz 27 · s. 530

إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ34

34. Biz onların üstünə qa­sır­ğa ilə birgə daşlar göndər­dik. Yalnız Lu­tun ailəsini sübh çağı xilas etdik –
54:35Cüz 27 · s. 530

نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ35

35. Özümüzdən bir mər­hə­mət ola­raq! Biz şükür edən­ləri belə mü­ka­fat­landırırıq.
54:36Cüz 27 · s. 530

وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ36

36. Lut onları Bizim əza­bı­mızla hə­dələdi, onlar isə bu xə­bər­dar­lıq­la­ra şüb­hə ilə yanaş­dılar.
54:37Cüz 27 · s. 530

وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ37

37. Onlar Lutdan qonaqla­rı­nı israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əza­bımı və təhdidlərimi dadın!”
54:38Cüz 27 · s. 530

وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ38

38. Sübh tezdən onlara ya­xalarından əl çəkməyəcək bir əzab gəl­di.
54:39Cüz 27 · s. 530

فَذُوقُوا عَذَابِي وَنُذُرِ39

39. Elə isə əzabımı və təh­did­lərimi dadın!
54:40Cüz 27 · s. 530

وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ40

40. Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir ya­da sa­lan varmı?
54:41Cüz 27 · s. 530

وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ41

41. Xəbərdarlıqlar Firon nəs­linə də göndərildi.
54:42Cüz 27 · s. 530

كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ42

42. Onlar dəlillərimizin ha­mısını ya­lan saydılar. Biz də onları qüv­vət və qüdrətimizə layiq şəkildə əzabla ya­xa­ladıq.
54:43Cüz 27 · s. 530

أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ43

43. Sizin kafirləriniz onlar­dan yaxşı­dırmı? Yoxsa Kitab­larda si­zə toxu­nul­mazlıq vəd edilmişdir?
54:44Cüz 27 · s. 530

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ44

44. Yoxsa onlar: “Biz qalib gə­ləcək bir dəstəyik!”– deyirlər?
54:45Cüz 27 · s. 530

سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ45

45. Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaça­caq.
54:46Cüz 27 · s. 530

بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ46

46. Xeyr! Onlara vəd edil­miş vaxt o Saatdır (Qiyamətdir). O Saat isə daha ağır, daha acı­dır.
54:47Cüz 27 · s. 530

إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ47

47. Şübhəsiz ki, günahkar­lar azğınlıq və əzab-əziyyət için­də­dir­lər.
54:48Cüz 27 · s. 530

يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ48

48. O gün onlar üzüstə Cə­hənnəmə sürüklənəcək və on­la­ra: “Cə­hənnəmin təmasını da­dın!”– deyilə­cək.
54:49Cüz 27 · s. 530

إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ49

49. Biz, həqiqətən də, hər şe­yi qədə­rincə yaratdıq.
54:50Cüz 27 · s. 531

وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ50

50. Biz bircə dəfə əmr edi­rik, o da bir göz qırpımında ye­rinə ye­tir.
54:51Cüz 27 · s. 531

وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِنْ مُدَّكِرٍ51

51. Biz neçə-neçə həmtay­ları­nızı məhv etmişik. Amma heç yada sa­lan varmı?
54:52Cüz 27 · s. 531

وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ52

52. Onların etdiyi hər şey əməllərinin yazıldığı kitabla­rın­dadır.
54:53Cüz 27 · s. 531

وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٌ53

53. Hər bir kiçik və böyük əməl ya­zılmışdır.
54:54Cüz 27 · s. 531

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ54

54. Şübhəsiz ki, müttəqilər cən­nətlərdə və çaylar kə­na­rın­da,
54:55Cüz 27 · s. 531

فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ55

55. qadir Hökmdarın hü­zu­run­dakı haqq məclisində ola­caqlar!

Surənin əvvəlindən oxut

Mishary Al-Afasy - Al-Qamar · Tlawati