Surə 54 · Cüz 27
Al-Qamar · 54:9
۞ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ
9. Onlardan əvvəl Nuh qövmü elçiləri yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: “O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
Təfsir
Ey Peyğəmbər! Sənin dəvətini yalan sayanlardan əvvəl Nuh qövmü qulumuz Nuhu (aleyhissəlam) yalançı saymışdılar. Biz onu onlara elçi göndərdiyimiz zaman onlar: “O, dəlidir!” – demiş, sonra onu cürbəcür söyüşlərlə söymüş və dəvətinə son qoymayacağı təqdirdə (onu cəzalandıracaqları ilə) ona hədə-qorxu gəlmişdilər.