Surə 54 · Cüz 27
Al-Qamar · 54:27
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ
27. Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəklərini gözlə və əziyyətlərinə səbir et!
Təfsir
Biz onları sınağa çəkmək üçün qayadan bir dişi dəvə çıxardıb göndərəcəyik. Ey Saleh! Onların o dəvəyə nə edəcəklərini və özlərinin başına nələr gələcəyini gözlə və onların əziyyətlərinə səbir et!