Surə 54 · Cüz 27
Al-Qamar · 54:2
وَإِنْ يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُسْتَمِرٌّ
2. Onlar bir möcüzə gördükdə üz döndərib: “Bu, davam edən bir sehrdir” deyirlər.
Təfsir
Müşriklər Peyğəmbərin (səllallahu aleyhi və səlləm) doğru danışdığını isbat edən bir dəlil-sübut gördükdə, onu qəbul etməyib deyirlər: “Gördüyümüz bu dəlil-sübutlar batil bir sehrdir”.