Surə 54 · Cüz 27
Al-Qamar · 54:3
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُسْتَقِرٌّ
3. Onlar Peyğəmbəri yalançı saydılar və öz nəfslərinin istəklərinə tabe oldular. Halbuki hər bir iş bərqərar olacaq.
Təfsir
Onlar Peyğəmbərin (səllallahu aleyhi və səlləm) gətərdiyi haqqı yalan saydılar və bunu təkzib etmək xüsusunda öz nəfslərinin istəklərinə uydular. Halbuki qiyamət günü hər bir əməlin əvəzi - istər xeyir olsun, istərsə şər - öz sahibinə yetişəcəkdir.