Surə 54 · Cüz 27
Al-Qamar · 54:37
وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ
37. Onlar Lutdan qonaqlarını israrla tələb etdilər. Biz də onları kor etdik və dedik: “Əzabımı və təhdidlərimi dadın!”
Təfsir
Onlar Lutdan öz qonaqları ilə - mələklərlə tək buraxmağı tələb etdilər ki, özlərinin murdar istəyinə nail olsunlar. Biz də onların gözlərini kor etdik və onlara dedik: “Əzabımı və sizə etdiyim təhdidimin nəticəsini dadın!”